PL|EN|AM|AZ|GE|RU
Əsas səhife arrow Ölkələr arrow Gürcüstan

Gürcüstan

Çapdan çıxartmaq

Tuesday, 14 August 2007

Gruzja Gürcüstan Qafqazda Qara dənizin şərq sahilində yerləşir. O şimalda Rusiya ilə, cənubda – Türkiyə və Ermənistanla, qərbdə isə Azərbaycanla həmsərhəddir.

Gürcüstanın tarixi haqqında qısa məlumat:

Gürcü xalqı haqqında ilk yazılı məlumat eramızdan 12 əsr əvvəl göstərilir. Eramızdan 4 əsr əvvəl aristokrat iyerarxiyalı Birləşmiş Gürcüstan Krallığı yaranıb. İlk missionerlərlə Gürcüstana xristianlıq gəlib və 337-ci ildə xristianlıq dövlət dini elan edilib. Erkən orta əsrlərdə xristian alimləri, həmçinin xristian və islam dünyası ilə intensiv əlaqələr, milli ədəbiyyatın inkişafı və XI əsrdə dövlətin siyasi möhkəmlənməsi ilə sonrakı iki əsrlərdə Baqration sülaləsinin idarəetməsi gürcü mədəniyyətinin çiçəklənməsinə gətirib çıxartdı. Lakin mədəniyyətin bu qızıl dövrü XIII əsrdə məcburi olaraq monqol yürüşləri ilə dayandırıldı. Sonrakı altı əsr ərzində Gürcüstan müntəzəm olaraq fars və türklərin yürüşlərinə məruz qaldı və bu ölkənin kiçik dövlətlərə bölünməsinə gətirib çıxartdı. 1783-cü ildə bölünmüş Gürcüstan Rusiya ilə Georgi Traktatını imzalayaraq Kartli-Kaxeti şərqi gürcü knyazlığını Rusiyaya idarəetməyə verdi. 1801-ci ildə Rusiya Baqratione sülaləsini hakimiyyətdən tamamilə kənarlaşdırdı və rəsmi surətdə Gürcüstanı zəbt etdi. Oktyabr inqilabının nəticəsi olaraq qısa müddətdə Qafqaz Federasiyası yaradıldı, sonralar isə Gürcüstan 1918-ci ildə müstəqilliyini elan etdi. Lakin üç ildən sonra Qırmızı Ordu ölkəni zəbt etdi və 1922-ci ildə Rusiya onu Transqafqaz Sovet Federativ Sosialist Respublikasının bir hissəsi, 1936-cı ildən isə Gürcüstan Sovet Sosialist Respublikası kimi Rusiyanın tərkibinə daxil etdi.

1991-ci ildə öz müstəqilliyini qaytaran Gürcüstan 1990-cı illərin sonunda daxili mübarizə və dərin böhran dövründən sonra beynəlxalq arenaya qayıtdı. Qansız qızılgül inqilabının nəticəsində 2003-cü ildə ölkədə Avropa və NATO ilə yaxınlaşma aparıcı siyasəti olan yeni, qərbyönlü hakimiyyət yarandı.Cənubi Osetiya və həmçinin Abxaziya ərazilərinin formal olaraq Gürcüstana məxsus olmasına baxmayaraq Osetiyalılar və Abxazlar müstəqillik haqqında tələbləri irəli sürərək 1991-ci ildən faktiki olaraq Tbilisidən asılı deyil. Qara dəniz sahilində yerləşən Acar Muxtar Respublikası Gürcüstan dövlətinin tərkibində fəaliyyət göstərən muxtar strukturdur.

İqtisadiyyat:

Arxeoloji araşdırmalar Gürcüstanın strateji yerindən - Qara dəniz sahilində və sonralar Böyük İpək Yolunda yerləşməsindən irəli gələrək dünyanın bir çox tarixi imperiyaları ilə ticarət ittifaqlarını göstərir. Gürcüstanın müasir tarixi dövründə iqtisadiyyat əsasən kənd təsərrüfatına, son illər isə iqlim və topoqrafiyaya görə turizmə arxalanır. XX əsrdə Gürcüstan iqtisadiyyatı sovet planlaşdırma sisteminə uyğunlaşdırılıb. Lakin 1991-ci ildə müstəqillik əldə edildikdən sonra ölkə bazar iqtisadiyyatı sisteminə keçməyə başlayıb. Beş illik böhrandan sonra 1991-1993-cü illərdə vətəndaş müharibəsi nəticəsində sarsılmış ölkə iqtisadiyyatı oyanmağa başladı və bu tendensiya bu gün də dəstəklənir.

Kənd təsərrüfatına və turizmə arxalanan ənənəvi iqtisadiyyatdan uzaqlaşan Gürcüstan 2006-cı ildə artıq 55% ÜDM istehsal edən xidmətlər sektorunu da inkişaf etdirməyə başlayıb. Əsas idxal məhsulları təbii qaz, emal edilmiş neft, maşınlar və mübadilə hissələri, həmçinin nəqliyyat vasitələridir. Gürcüstanın böyük su enerjisi ehtiyatları var. Ölkə həmçinin Batumi və Poti limanlarından istifadə edərək, Bakı-Tiflis-Ceyhan neft kəmərlərini (BTC) və onunla bərabər Cənubi Qafqaz neft kəmərin tikməklə beynəlxalq nəqliyyat koridoru kimi fəaliyyət göstərir.

Din:

Əhalinin 80% Gürcü Pravoslav Kilsəsinə, 10% isə İslam dininə mənsubdur. Dini azlıqları - Erməni Apostol Kilsəsi (4%), Rus Pravoslav Kilsəsi (2%), Poma Katolik Kilsəsi (1%) həmçinin Yəhudilər təşkil edir. Gürcüstanın müxləlif dinlərlə harmonik birgə yaşamasının uzun tarixi var.

Mədəniyyət:

Yunan, Roma və Bizans mədəniyyətlərin və islam dünyasının təsiri orijinal gürcü mədəniyyətinin inkişafına gətirib çıxartdı. V-ci əsrdə gürcü yazısının formalaşmasının ardından XI-XII əsrlər elmin, ədəbiyyatın və incəsənətin yüksəlişi ilə xarakterizə olunur və bu dövr gürcü mədəniyyətinin Qızıl Əsri adlanır. XVIII-XX əsrlərdə Rusiya təsiri altında Gürcüstan mədəniyyəti Avropa istiqamətinə yönəldi ki bu da onun yüksəlişinə gətirib çıxararaq ədəbiyyatda, heykəltəraşlıqda, rəssamlıqda, teatrda və memarlıqda gözəl irs qoydu.

Ensiklopedik məlumat:

Ölkənin adı: Gürcüstan

Rəsmi dildə adı: (Sakartvelo)

Paytaxtı: Tbilisi

Siyasi quruluşu: Respublika

Prezident: Mixail Saakaşvili

Baş nazir: Zurab Noqaideli

SSRİ-dən müstəqillik: 9 aprel 1991-ci il

Əhali: 4 661 473 (qiymətləndirmə göstəriciləri 2006-cı ilin iyul ayından hökumətin nəzarəti altında olan ərazilərdə aparılıb)

Ərazisi: 69 700 km2

ÜDM (PPP) – 2005-ci ildə qiymətləndirilmişdir

tam: 17,79 mlrd. ABŞ

adam başına: 3 800 ABŞ

İnsan inkişafı indeksi (2004): 0,743 (dünyada 97-ci yer)

Milli valyuta: lari (GEL)

Etnik tərkib: gürcülər: 83,8%; Azərbaycanlılar: 6,5%, Ermənilər: 5,7 %, Ruslar: 1,5%.

Başqa azlıqlar: Abxazlar, Osetinlər

Kiçik qruplar: Assuriyalılar, Çeçenlər, Cinlilər, Yunanlar, Qabardinlər, Kürdlər, Tatarlar, Türklər, Ukraynalılar və gürcü Yəhudiləri.


http://en.wikipedia.org/wiki/Georgia_%28country%29, GNU Free Documentation License
and CIA factbook

photos: www.eTbilisi.com

 

 
Strona jest współfinansowana w ramach programu polskiej pomocy zagranicznej
Ministerstwa Spraw Zagranicznych RP w 2007 r.

© 2019 Stowarzyszenie Dom Kaukaski w Polsce
Christian Louboutin OutletChristian Louboutin DiscountChristian Louboutin Flats
Joomla! is Free Software released under the GNU/GPL License.
arch
ceny Tanie Kurtki Moncler Online Rozmiar dzieci Moncler Outlet Mężczyźni sklep odzież Moncler Kurtki Mężczyźni Rozmiar sale moncler polska 2014 polska Miłośnicy moncler sklep Outlet tanie ceny moncler sale oferta Kurtki sklep Moncler odzież dzieci tanie Moncler Outlet Outlet Tanie dzieci Moncler Kurtki ceny damska Online moncler polska Kobiety Rozmiar Kurtki moncler sklep dzieci Miłośnicy 2014 moncler sale Mężczyźni 2014 sale Moncler Mężczyźni Tanie 2014 Moncler Outlet polska Mężczyźni sale Moncler Kurtki oferta sklep ceny moncler polska Online 69% Off sklep moncler sklep Miłośnicy ceny tanie moncler sale Mężczyźni 69% Off Kobiety Moncler Kurtki Tanie Kobiety Moncler Outlet sklep Rozmiar dzieci Moncler Kurtki Sprzedam Miłośnicy Tanie moncler polska sale Rozmiar 2014 moncler sklep damska Mężczyźni Outlet moncler sale odzież sale Kobiety Moncler sklep tanie oferta Moncler Outlet Tanie Mężczyźni oferta Moncler Kurtki Rozmiar odzież polska moncler polska Outlet odzież 2014 moncler sklep Kobiety damska Tanie moncler sale Tanie polska sale Moncler damska Outlet ceny Moncler Outlet odzież tanie Mężczyźni Moncler Kurtki Kobiety Kurtki damska moncler polska dzieci tanie Sprzedam moncler sklep 69% Off Kobiety oferta moncler sale polska 2014 Online Moncler sklep damska 2014 Moncler Outlet dzieci Sprzedam Tanie Moncler Kurtki 69% Off dzieci sale moncler polska damska Sprzedam odzież moncler sklep Kurtki Mężczyźni ceny moncler sale ceny Sprzedam sklep Moncler Online Rozmiar tanie Moncler Outlet Mężczyźni Online damska Moncler Kurtki Kurtki polska dzieci moncler polska ceny 2014 sklep moncler sklep Tanie tanie Kurtki moncler sale damska ceny sklep Moncler 2014 oferta Miłośnicy Moncler Outlet ceny 69% Off Tanie Moncler Kurtki Tanie Mężczyźni oferta moncler polska Rozmiar 2014 Online moncler sklep Kurtki sklep polska moncler sale oferta Kurtki polska Moncler Miłośnicy Sprzedam odzież Moncler Outlet polska oferta odzież Moncler Kurtki odzież Miłośnicy oferta moncler polska Kobiety Rozmiar odzież moncler sklep Sprzedam damska tanie moncler sale