

Rusiya Federasiyasının Azərbaycandakı səfirinə![]() Saturday, 16 August 2008 |
Cənab səfir! Bu kiçik məktubu kimə ünvanlamaq haqda çox düşündüm: Rusiyadakı dostlaramı, oradakı hər cür hörmətə layiq ictimai xadimlərəmi, dövlət rəsmilərinəmi? Axır Sizin üstünüzdə dayandım. Böyük bir dövləti Azərbaycanda təmsil edən kifayət qədər fəal səfir kimi Sizə müraciət etmək yersiz görünməz. Тəəssüf ki, мənim polisim bu məktubu Sizin səfirliyin qarşısında oxumağa və rəsmən Sizə təqdim etməyə imkan vermir. Odur ki, sözlərimi mətbuatlа deməyə məcburam. Mən nə dövlət adamıyam, nə də diplomat. Odur ki, fikirlərimi bəzək-düzəksiz, çılpaq deyəcəm. Cənab səfir! Ötən həftədən biz hamımız - əsl qafqazlılar narahatıq. Sizin təmsil etdiyiniz dövlət yenidən Qafqazı işğal etmək fikrinə düşüb. Gürcüstan torpaqlarının zəbt olunması bir azərbaycanlı kimi məni narahat edir, çünki mənim də Qarabağ adlı belə “yaralı” torpağım var. Bir qafqazlı kimi isə bu işğal qüruruma toxunur. Artıq üçüncü dəfədir ki, Kremldən Qafqaza qoşun yeritmək əmri verilir. Kreml – yəni Rusiya imperiyası, Sovet İttifaqı və Rusiya Federasiyası. Mənim üçün mahiyyət etibarı ilə bunların heç bir fərq yoxdur. Rusiya Qafqazı uzun illərin müharibəsindən sonra zəbt edə bildi. Şamil və onun kimi yüzlərlə mücahid bu işğalla barışmadı. Sovetlərin də işğalı asan olmadı. Minlərlə insan əldə silah dağlara çəkildi və 40-cı illərədək vuruşdu. Şimallı-cənublu qafqazlılar hər fürsətdə azadlıq mücadiləsinə qalxıblar. Bunu Siz məndən də yaxşı bilirsiz. Sizə indi də asan deyil. Bilmirəm niyə bizim azadlığımızı həzm edə bilmirsiz? Qafqazlılar azadlığı sevir, çünki onun nə demək olduğunu bilirlər. Bəlkə də bu bizim “təhkimçi” və “proletar” ola bilməməyimizdəndir. Məgər aydın deyilmi ki, Siz bu 200 ildə qafqazı məğlub edə bilməmisiz? Torpağı zəbt, minlərlə insanı məhv etmək olar, amma ruhu yox. Siz Qafqazın ruhuna qabil gələ bilmədiniz. Qafqazı sevgi və hörmətlə ram etmək olardı. Siz əvvəldən, 200 il qabaqdan səhv etdiniz. Hələ ötən əsrin 90-cı ildə Soljenitsın Qafqazı Rusiyanın boynunda ağır yük adlandırırdı. Bu böyük insan Puşkinin, Lermontovun… heyran qaldığı diyarı əbəs yerə sərbəst buraxmağın vacib olduğu demirdi. Bədəndə yad cism yaşaya bilmədiyi kimi Qafqaz da bu 200 ildə Rusiya ilə vahid orqanizm olmadı. Siz hələ də 20-ci əsr rus patriaxının nəsihətlərini eşitmirsiniz. Qafqazda Rusiyanın xeyir-duasıyla yaradılmış “oyuncaq dövlətləri” 5-10 il də əldə saxlayın, sonra nə olacaq? Bu torpaqları və orada yaşayanları Sibirə,Tayqaya aparası deyilsiz. Əvvəl-axır özünüz çəkilib gedəcəksiz, Mərkəzi və Şərqi Avropadan getdiyiniz kimi. Mən Qafqaz xalqlarının yenidən birgə, firavan yaşayacağına əminəm. O vaxt sizlər heç də xoş təəssüratla xatırlanmayacaqsız. Nifrəti qazanmaq onu unutmaq qədər çətin deyil. Biz hələ də 1989-cu ilin 9 aprelini, 1990-cı ilin 20 yanvarını unuda bilməmişik. Cənab səfir! Bir qədər acı sözlərimdən inciməyin. Axı, yazmışdım ki, mən diplomat deyiləm. Mehriban qonşunuz, |