Hijran Guseynova, Chairman of Azerbaijan’s State Committee for Problems of Family, Women and Children took part in the Global Forum on Human Trafficking.
Azeri, Georgian and Chechen diplomacy have a historical role in realization of an idea “common house of Caucasus” which is a result of a severe struggle for integrity of Caucasus. Caucasus with its geo - ethnic - political features is one of the unique regions of the world; over 40 million people representing 128 ethnicity live in this territory of 440.700sq km.1.
Ana Vətənlərimiz və Ölkələrimiz naminə 2007-ci il martın 26-da Polşada, Varşavada “Qafqaz Evi” yaradıldı və həmçinin burada qeydiyyatdan keçdi. “Qafqaz Evi” müstəqil qeyri-hökumət təşkilatıdır. Bizim assosiasiya Cənubi Qafqazdan, daha dəqiqi – Azərbaycan, Ermənistan və Gürcüstandan olan nümayəndələrdən təşkil olunacaq. Bununla belə bizim “Ev”in qapıları bütün Qafqaz xalqlarının nümayəndələrinin üzünə açıqdır.
1936-cı il iyun ayının 20-də Qafqaz xalqlarının nümayəndələri Vaveldə Yozef Pilsudskinin qəbri üstünə gümüşdən hazırlanmış əklil qoydular və Qafqaz və polyak dillərində təntənəli akt qəbul etdilər. Aşağıda bu aktın nüsxəsinə isntinad edilir. Akt “Polşada Qafqaz Evi”-nin üzvü və banisi Erji Lubax tərəfindən tapılmışdır. Qeyd edək ki, sənəd ilk və yəqin ki son dəfə polyak vətənpərvəri Erji Qedroyçun redaktəsi ilə nəşr olunan “Orient-Vostok” jurnalında (1936) dərc edilmişdir.
Sənədin tərçüməsi:
“QAFQAZ XALQLARI Polşanın böyük Marşalı YOZEF PİLSUDSKİNİN ruhuna dərin ehtiramla və Polşa xalqı ilə həmrəyliyin nişanəsi olaraq onun məzarına əklil qoyur.
Qoy bu əklil şöhrəti Vətəndən çox uzaqlara yayılmış Marşalın xatirəsi şərəfinə xalqların müstəqillik uğrunda müqəddəs mübarizəsi ideyasının sumvolu və əbədi vəkili olsun."
Avropa və Asiyanın sərhədyanı ərazisində Qara və Xəzər dənizlərinin arasında yerləşən Qafqazda 128 etnik qrupdan ibarət müxtəlif dialektlərdə və dillərdə danışan 40 milyondan çox əhali yaşayır. Öz geosiyasi yerini və təbii sərvətlərini nəzərə alaraq bu region bir çox əsrlər boyu qüdrətli imperiyaların maraq dairəsində olub. Mədəni və etnik müxtəlifliyi Qafqazın sivilizasiya zənginliyini sübut edir və həmçinin regional konfliktlərin mənbəyi olan iqtisadi və ictimai inkişafına maneə olan etnik müxtəlifliyinin fərqliliyinə gətirib çıxarır.